Bakıda polis bölməsinin ərazisində üç boş top mərmisi tapılıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Yenicag.az-a verilən məlumata görə, aprelin 20-də saat 13:10-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsi 1 ünvanında mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunan rayonun 17-ci polis bölməsinin inzibati ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 3 ədəd boş top mərmisi (1 ədəd 100 mm-lik OF-412, 1 ədəd 122 mm-lik S-463 və 1 ədəd 122 mm-lik OF-530) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunan mərmilərin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.