!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polis metroda qadına atəş açdı

!Reklam – Yazi

Parisdə polis metroda özünü partladacağını deyən qadına atəş açıb.

Yenicag.az BFM TV-yə istinadla xəbər verir ki, hadisə Fransua-Mitteran Kitabxanası stansiyasında baş verib.

Stansiyadakı sərnişinlər bir qadının təhdid yağıdırması və terrorizmi təbliğ etməsi ilə bağlı polisə xəbər veriblər. Hadisə yerinə gələn polis stansiyanı boşaldıb və qadına tabe olma barədə xəbərdarlıq edib. O, polisin əmrinə tabe olmayıb və özünü partladacağını bildirib, bundan sonra polis qadına atəş açıb.

Qadının qarın nahiyəsindən yaralandığı və xəstəxanaya aparıldığı bildirilib. Onun üzərindən heç bir partlayıcı tapılmayıb.

www.yenicag.az

236
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv