!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Qarabag

Polisdə olduğu deyilən Elşad Xose danışdı: “Yek kəlmə deyirəm ki...” (Yenilənib)

!Reklam – Yazi

Dünən keçmiş həyat yoldaşı Oksana Rəsulovanın şikayəti əsasında Binəqədi rayon Polis İdarəsində olduğu deyilən tanınmış reper Elşad Xose azadlığa buraxılıb.

Bu barədə Binəqədi rayon Polis İdarəsindən Yenicag.az-a bildirilib:

“Elşad Xose gecə bölməyə gətirilmişdi, səhər evə buraxıldı”.

Qeyd edək ki, reperin polisə düşməsi xəbərini ilk olaraq qafqazinfo saytı yayıb.

***

Dünən keçmiş həyat yoldaşı Oksana Rəsulovanın şikayəti əsasında Elşad Xosenin hazırda Binəqədi rayon Polis İdarəsində olması barədə xəbər yayılıb.

Binəqədi rayon Polis İdarəsindən “Qafqazinfo”-ya Elşad Xosenin hazırda idarədə saxlanıldığı təsdiqlənib və bildirilib ki, reper gecəni orada keçirib. Bu gün izahatı alındıqdan sonra Xosenin sərbəst buraxılacağı gözlənilir.

Qeyd edək ki, Xosenin saxlanılmasına səbəb eks-xanımı Oksananın ondan şikayətçi olmasıdır.

Məsələ ilə bağlı Elşad Xose ilə əlaqə saxladıq. Yenicag.az-a açıqlamasında Xose yayılan xəbərin əsassız olduğunu bildirdi:

“Bu xəbəri kim yayıb bilmirəm. Mən öz işimdə-gücümdəyəm, nə polis, nə izahat. Yek kəlmə, boş söhbətlərdir. Polis məni araşdırırsa, mən özüm də elə bu xəbəri yaymaqda məqsədi olanları araşdırıram”.

Cəvahir

www.yenicag.az

8707
Ads
www.veteninfo.com
!Reklam – Arxiv