Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Polisə düşən məşhurumuzu hansı deputat xilas etdi? - Foto

Aşıq Namiqi millət vəkili ilə dəyişik salıblar. Nəticədə yol polisləri ona hörmət əlaməti olaraq radarını silib.

Yeniçağ.az-a açıqlama verən sənətçi başına gələn hadisəni danışıb:

“Bir verilişin çəkilişi uçün Goranboy rayonuna getmişdik. Yolüstü döyüş bölgəsində əsgərlərlə də görüşdük, sazla onların könlünü xoş elədik. Qayıdanda yol polisi bizi saxladı. Aparıcı Ülviyyə Əliyeva da arxa maşında idi. Polis sürücüyə dedi ki, radarınız var. Mən elə maşının içindən başımı çölə çıxardıb dedim ki, a kişi, buraxın gedək, döyüş bölgəsindən konsertdən qayıdırıq. Polis məni görən kimi yalvar-yaxar etdi ki siz Allah bağışlayın, tanımadıq sizi. Siz bizim hörmətli millət vəkilimizsiniz, gördüyünüz işlərlə həmişə fəxr etmişik, rayonumuzu abadlaşdırmısınız. Başa düşdüm ki, polis məni səhv salıb. Elə orda radarımızı da sildilər. Üstəlik qayıtdı ki, nə qulluq edək sizə? Üzünə vurmadım ki, mən millət vəkili deyiləm, Aşıq Namiqəm. O hadisədən sonra Ülviyyə Əliyeva məni harda görür, deyir ki, ay millət vəkili necəsiz, nə qulluq?”

Cəvahir Səlimqızı
Yeniçağ.az

www.yenicag.az

319