!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Politoloqdan Təhsil Nazirliyinə İTTİHAM DOLU SUAL: “Bu qədər prinsipialsınızsa...”

!Reklam – Yazi

“Təhsil Nazirliyi koronavirusun geniş yayıldığı bu günlərdə valideynləri sıxlıq yaranan qapalı mərkəzə niyə göndərmək istəyir?”

Yenicag.az xəbər verir ki, bu sualı politoloq Elxan Şahinoğlu özünün “Facebook” hesabından etdiyi paylaşımla Təhsil Nazirliyinə ünvanlayıb.

Elxan Şahinoğlu Nazirliyin 9-cu sinif şagirdlərinin “Onlayn imtahana buraxılmaq üçün yeni nəsil şəxsiyyət vəsiqələri ilə qeydiyyat keçilməlidir” tələbinə sərt reaksiya verərək, sözügedən dövlət orqanının eyni prinsipillığı təhsil haqqı məsələsində niyə göstərmədiyini soruşub:

“Təhsil Nazirliyinə müraciət edirəm! Uşaqları və onların valideynlərini niyə virusa yoluxdurmaq istəyirsiniz? Deməli, Nazirlik məktəblərə tapşırıb ki, 9-cu sinfin onlayn imtahanları üçün şagirdlər mütləq yeni nəsil şəxsiyyət vəsiqələri ilə qeydiyyatdan keçməlidirlər, çünki orada şəkil var.

Bunu həll eməyin başqa yolu yoxdur? Şəklin olması belə vacibdirsə, şagirdlər şəkillərini məktəblərə e-maillə göndərsinlər və ya məktəblərdəki şəxsi iş papkalarındakı şəkillərdən istifadə edilsin.

Axı yeni növ şəxsiyyət vəsiqəsi üçün ASAN Xidmətə getmək lazımdır, orada da insanların sayı-hesabı yoxdur. Öncədən növbə götürmək üçün isə səhər saat 6-da qeydiyyata düşməlisən, o da hələ düşə bilsən…

Təhsil Nazirliyi koronavirusun geniş yayıldığı bu günlərdə valideynləri sıxlıq yaranan qapalı mərkəzə niyə göndərmək istəyir? Qoy bu zəhrimardan qurtaraq, sonra “prinsipialllığınızı” ortaya qoyarsınız.

Əsl prinsipiallığa qaldıqda isə virusa görə dərs keçilməyən ali təhsil ocaqlarının təhsil haqları məsələsində niyə bu qədər israrlı olmasıyla maraqlanın”.

www.yenicag.az

6476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv