!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Polkovnik-leytenant boksçu qızı ilə birlikdə federasiyanı məhkəməyə verdi - FOTO

!Reklam – Yazi

Azərbaycanlı xanım boksçu Emili Rzayeva atası Emil Rzayevlə birlikdə Muay-Tay və Uşusan Federasiyasını məhkəməyə verib.

Yenicag.az “Qaynarinfo”ya istinadən məlumatına görə, sözügedən şəxslər mülki işlə bağlı məhkəməyə müraciət ediblər.

Emili Rzayeva Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Emil Rzayevin qızıdır.

Qeyd edək ki, o, Azərbaycan boksunun tarixində ilk Avropa çempionu adını qazanan xanım idmançımızdır. Rzayeva həmçinin uşusanda-budo üzrə dünya kubokunun qalibi, boks üzrə MDB ölkələriarası və beynəlxalq turnirlərin mükafatçısı, kikboksda K-1 versiyası üzrə Avropa və dünya çempionudur, idman ustasıdır.

www.yenicag.az

212
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv