!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polkovnik-leytenant özünü öldürdü

!Reklam – Yazi

Abşeron rayonunda vəzifəli şəxs intihar edib.

Yenicag.az “Qafqaz.info”-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təhlükəsizliyi üzrə normativ iş şöbəsinin rəisi, polkovnik-leytenant Muxtar Cəbişov özünü asaraq həyatına son qoyub. Hadisə Ceyranbatan qəsəbəsi Şahbala Hüseynov küçəsində yerləşən nömrəsiz evin həyətində baş verib. İntihar mayın 28-də qeydə alınıb.

Hadisənin baş verdiyi evin M.Cəbişovun atasına məxsus olduğu bildirilir. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, intiharla bağlı ilk məlumatı bakupost.az yayıb.

 

www.yenicag.az

266
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv