!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polşa Prezidenti: “Rusiya sözünə etibar olmayan bir dövlətdir”

!Reklam – Yazi

“Rusiya sözünə etibar olmayan bir dövlətdir”.

Yenicag.az xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında çıxışı zamanı deyib.

Polşa lideri vurğulayıb ki, ehtimal edilən sülh müqaviləsi Ukraynanın razılığı ilə imzalanmalıdır.

O, Rusiyanı Ukrayna torpaqlarını işğalına görə tənqid edib:

“Təəssüf ki, ATƏT üzvü olmasına baxmayaraq, Rusiya bütün qaydaları tapdalayır. Rusiya sözünə etibar olmayan bir dövlətdir”.

Prezidentin sözlərinə görə, Ukraynadakı mülki şəxslər məqsədli şəkildə öldürülür:

“Biz buna göz yummayacağıq. Sərhədlərin məcburi şəkildə dəyişdirilməsini nəzərdə tutan hansısa razılığı qəbul edə bilmərik”./Report/

www.yenicag.az

230
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv