Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Polşa Rusiyaya meydan oxudu

img1798183Amerikanın “Patriot” raketlərinin son modifikasiyaları Rusiyanın ən mükəmməl “İsgəndər” raketlərini vurmaq üçün bütün göstəricilərə malikdir.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bunu Polşa müdafiə nazirinin müavini Çeslav Mroçek deyib.

O, Polşada nəşr olunan “Gazeta Wyborcza” qəzetinə müsahibəsində bildirib ki, elektron PAC-3MSE (“Patriot”) sisteminin Rusiyanın ən mükəmməl əməliyyat-taktiki raketlərini vurmaq imkanına malik olduğunu göstərib. Müvafiq müqavilə imzalandıqdan sonra Polşa “Patriot” raketlərinin iki yeni dəstini cəbbəxanasına əlavə edəcək.

Rus ekspertləri vurğulayıblar ki, onlar belə bir fikrə inanırlar, lakin bunu polyaklar yox, çox güman amerikalıların özləri ediblər. Ruslar “Patriot”un “İskəndər”i vura biləcəyinə o qədər də inanmırlar.

Xatırladaq ki, hazırda Rusiya Polşa ilə həmsərhəddə yerləşən Kalininqradda “İskəndər” raket qurğularını yerləşdirmək istəyir.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

213