!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polşa Ukrayna ərazisini işğal etmək istəyir - Putin

!Reklam – Yazi

Polşa Ukrayna ərazisini işğal etməyi planlaşdırır.

Yenicag.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə bildirib.

“Polşa liderlərinə gəlincə, yəqin ki, onlar NATO çətiri altında hansısa koalisiya yaratmağı və Ukraynadakı münaqişəyə birbaşa müdaxilə etməyi, daha sonra özlərinə daha yağlı bir parça qoparmağı, Qərbi Ukraynanı geri qaytarmağı gözləyirlər”, – Putin deyib.

“İndiki Polşanın qərb əraziləri Stalinin polyaklara hədiyyəsidir, Varşavadakı dostlarımız bunu unudublarmı? Biz sizə xatırladacağıq”, – Rusiya prezidenti əlavə edib.

Putin qeyd edib ki, ABŞ Avropanın mövqelərini zəiflətmək və Ukrayna münaqişəsini uzatmaq vasitəsilə faydalar əldə etmək məntiqi ilə hərəkət edir.

“Söhbət Avropanın zəifləməsindən faydalanan okeanın o biri tərəfindəki qlobal hegemonun maraqlarının qorunmasından gedir. Ukrayna münaqişəsinin sonsuza qədər uzanması onun üçün faydalıdır”, – o vurğulayıb.

 

www.yenicag.az

155
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv