!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polşa Ukraynaya MiQ-29 qırıcı təyyarələri verdi

!Reklam – Yazi

Polşa Ukraynaya bir neçə MiQ-29 qırıcı təyyarəsini təhvil verib.

Yenicag.az xəbər verir ki, bunu Polşa Prezidentinin beynəlxalq problemlər üzrə nümayəndəsi Marçin Pşidaç RMF radiostansiyasının efirində deyib.

Lakin o, Kiyevə təqdim olunan qırıcıların sayını açıqlamayıb.

M.Pşidaç sadəcə onu söyləyib ki, Polşaya məxsus bir neçə MiQ-29 qırıcısı artıq Ukraynadadır.

Qeyd edək ki, indiyə qədər Polşanın 28 ədəd MiQ-29 qırıcı təyyarəsi olub. Onlar Malbork şəhərindəki aviabazada saxlanılırdı. Varşava yaxın bir neçə il ərzində həmin təyyarələri daha müasirləri ilə əvəzləməyi planlaşdırırdı.

Martın 16-da Polşa Prezidenti Anjey Duda Kiyevin yaxın günlərdə Varşavadan ilk dörd qırıcı təyyarə alacağını bildirmişdi. Onun sözlərinə görə, hazırda servis xidməti keçən qalan təyyarələr də hazırlanaraq Kiyevə göndəriləcək.

 

www.yenicag.az

256
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv