!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polşadan gözlənilməz qərar: Ukraynadan bu məhsulun idxalı qadağan edildi

!Reklam – Yazi

Polşa hökuməti Ukraynadan taxıl idxalının qadağasına dair qərarın müddətini uzadıb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə qərar qəbul edən Polşa Nazirlər Şurası Avropa İttifaqını (Aİ) analoji addım atmağa çağırıb.

Hökumətin qərarına əsasən, Polşa Aİ-nin Ukraynadan taxıl idxalına tətbiq etdiyi məhdudiyyətin başa çatdığı 15 sentyabr tarixindən sonra da Ukrayna taxılının ölkəyə “yol”u açılmayacaq.

Polşa hökuməti bəyan edib ki, Aİ-nin yanaşmasından asılı olmayaraq, Polşa ilə Ukrayna arasında aqrar məsələlərlə bağlı ziddiyyətlər çözülməyənə qədər qadağa qərarı qüvvədə qalacaq. Hökumət bu qərarı Ukraynadan taxıl idxalının ölkənin daxili bazarında gərginlik yaratması ilə əlaqələndirib.

www.yenicag.az

229
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv