!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pompeo: "Problemlərin həllində Rusiya ilə bərabər çalışmaqdan məmnunluq duyarıq"

!Reklam – Yazi

“ABŞ Moskvanın İdlib bölgəsində terroristlərin varlığından narahatlığını bölüşür və problemin həlli üçün dəstək verməyə hazırdır”.

Yenicag.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Mayk Pompeo jurnalistlərə verdiyi açıqlamada bildirib.

Pompeo Rusiyanın İdlibdəki terroristlərlə bağlı fikirlərini dəstəkləyərək, onların təcili məhv edilməli olduğunu qeyd edib: “Bu doğru bir bəyanatdır. Biz Rusiyanın şimali, şimal-qərbi Suriyada mövcud terrorizmlə əlaqədar qayğılarını anlayırıq. Rusiya ilə eyni fikirdəyik. Sözügedən bölgədə terroristlər var və yeni terror hücumları baş vermədən onlar zərərsizləşdirilməlidir”.

Pompeonun sözlərinə görə, terrorizmə qarşı mübarizədə Rusiya tərəfi ilə işləmək hər iki tərəfi məmnun edəcək.

ABŞ dövlət katibi Rusiyanın İdlibi bombalaması ilə bağlı hesabatlardan xəbərdar olduğunu bildirib. Pompeo İdlibdəki vəziyyəti Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə müzakirə etdiyini söyləyərək, “Bunun diplomatik yolla həll edilə biləcəyini ümid edirik” – deyə bildirib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi daha əvvəl İdlibdə vətəndaşlara qarşı kimyəvi silah istifadə edilməsiylə bağlı təxribat xəbərlərinin paylaşıldığını bildirmiş və narazılığını ifadə etmişdi. Bunun təxribatdan başqa bir şey olmadığını qeyd edən Rusiya tərəfi ABŞ, Birləşmiş Krallıq və Fransanın Suriyada hökumət qüvvələrinə qarşı hava hücumu etmək üçün bu xəbərlərdən bəhanə olaraq istifadə edə biləcəyi ehtimalını vurğulamışdı.

Eyni zamanda, avqustun 30-da Suriya xarici işlər naziri Valid Mualləm Lavrov ilə görüşdən sonra Vaşinqton və müttəfiqlərinin Şamın kimyəvi silahlar istifadə etməsi bəhanəsiylə onlara qarşı təzyiqlər edib, İdlibi yenidən ələ keçirmə səylərindən narahatlığını diqqətə gətirmişdi.

www.yenicag.az

743
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv