!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Populyar bayağı və kriminal MAHNILAR: "Bəzi bəstəkarlara bunu irad bildirəndə..." – Musiqişünasdan senzura ÇAĞIRIŞI

!Reklam – Yazi

Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən mahnıların monitorinqi aparılıb. Mərkəzdən verilən məlumata görə, 350-yə yaxın mahnının monitorinqə cəlb edilməsi nəticəsində 177 mahnıda 1 253 norma pozuntusu müəyyənləşdirilib. Onlarda zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən əlamətlər aşkar edilib.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən musiqişünas Adil Rakidi bu sahədə senzuranın olmamasından narahatlığını dilə gətirib:

“Demək olar ki, indi söz yazarlarının əksəriyyəti viral marketinq tətbiqindən istifadə edərək daha çox izlənməyə çalışırlar. Həm vulqar, həm də ikibaşlı sözlərdən istifadə bayağılaşmağa gətirib çıxarıb. Söz müqəddəsdir, sözə diqqətlə yanaşmalıyıq. Çünki biz özümüzdən sonra gələn nəsli düşünməliyik. Musiqini gələcək nəslə necə ötürürük? Heç kim buna fikir vermir, senzura yoxdur. Nəticədə bu məsələlər elə bir səviyyəyə çıxacaq ki, musiqimizi heç kim dinləməyəcək. Bir sözü bir yazar təhrif edəndə ondan sonra gələn insan onu özünə rəhbər tutub həmin sözü başqa yerlərə gətirib çıxara bilir. Bəzi bəstəkarlara bunu irad bildirəndə onlar: “Mən bəstəkar deyiləm, söz yazarı deyiləm, sadəcə hobbi kimi istifadə edirəm”, – deyirlər”.

Sadiq Cavadov

www.yenicag.az

348
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv