Reklam

Reklam

Ukrayna prezidenti Petro Poroşenko Rusiya Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkovun qətlini Rusiya tərəfindən təşkil edilmiş terror aktı adlandırıb.

Yeniçağ.Az Ukrayna prezidentinin “Facebook” səhifəsinə istinadən məlumat verir ki, Poroşenko bu fikirləri hadisədən dərhal sonra güc srtukturları ilə keçirdiyi görüşdə səsləndirib.

“Kiyevdə Denis Voronenkovun məkrli qətli onun siyası baxışlarına görə tərk etməyə məcbur olduğu Rusiya tərəfindən həyata keçirilən dövlət terror aktıdır. Rusiya xüsusi xidmət orqanlarının dəsti-xətti bundan əvvəl müxtəlif Avropa paytaxtlarında da özünü göstərib”, – deyə Poroşenko qeyd edib.

Poroşenko həmçinin, Voronenkovun Rusiyanın Ukraynaya qarşı təcavüzünün, xüsusilə ölkənin keçmiş prezidenti Viktor Yanukoviçin Rusiya ordusunun Ukraynaya yeridilməsindəki rolunun əsas şahidlərindən biri olduğunu əlavə edib.

Onun fikrincə, Voronenkovun qətlinin Balakleyada silah anbarındakı təxribatla eyni gündə baş verməsi təsadüf deyil.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Ukrayna tərəfinin qətllə bağlı ehtimallarını absurd adlandırıb.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkov martın 23-də Kiyevdə qətlə yetirilib. Ona bir neçə dəfə atəş açılıb və aldığı yaralardan biri ölümcül olub. Hücum edəm şəxsin,  1988-ci il təvəllüdlü, Ukrayna vətəndaşı olduğu müəyyənləşdirilib. Deputatın cangüdəni hücum zamanı yaralansa da, cavab atəşi ilə qatili sinəsindən və başından ağır yaralaya bilib. Voronenkovu qətlə yetirən şəxs aldığı güllə yaralarından xəstəxanada keçinib.

 

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 72
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."