!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Postseçki dövrünün GÖZLƏNTİLƏRİ: “Mama uşaqları”na yox, milli qüvvələrə arxalanaraq...”

!Reklam – Yazi

“Milli həmrəylik olan yerdə nə “beşinci”, nə də “onuncu” “kolon” heç nə edə bilməz”.

Bu fikirləri ölkədə dünən keçirilmiş növbədənkənar prezident seçkilərindən sonra gözlənilən mümkün dəyişiklikləri dəyərləndirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

 

Onun sözlərinə görə, ölkənin daxil olduğu yeni mərhələdə siyasi və iqtisadi islahatların davam etdirlməsi zəruridir:

“Gözlənildiyi kimi, seçkilərdə cənab prezident mütləq üstünlüklə qalib gəldi və bu qələbə ilə Azərbaycan növbəti mərhələyə daxil oldu. Yeni dönəmdə ölkə miqyasında həlli vacib olan bir sıra ciddi məsələlər var. Bəli, biz İlham Əliyevin rəhbərliyi altında qazandığımız böyük zəfərdən sonra artıq daxili məsələlərin həllində də uğur qazanmalıyıq.

Hesab edirəm ki, bu mərhələdə siyasi-iqtisadi islahatlar davam etdirilməli və milli qüvvələr də bu prosesə cəlb olunmalıdır. Yəni belə ciddi işlərdə “mama uşaqları”nın edəcəyi heç nə yoxdur. Sizi əmin edirəm, əgər 44 günıük müharibədə yaranan milli həmrəylimizi eyni qaydada davam etdirə bilsək, bütün problemlərin öhdəsindən gələcəyik. Əks-halda, problemlər qalacaq.

Milli həmrəylik olan yerdə nə “beşinci”, nə də “onuncu” “kolon” heç nə edə bilməz. Özünüz də görürsünüz ki, Qərb yenə üstümüzə gəlməkdədir. Onların təzyiqini dəf etmək üçün milli həmrəylik təmin olunmalıdır. Fikrimcə, bu məsələdə siyasi partiyalarla sıx əməkdaşlıq edilməlidir. Ancaq əsas məsələ milli qüvvələrin imkanlarından səmərəli istifadə olunmalıdır. O halda heç bir təzyiqin nəticəsi ola bilməz”.

Nəsimi Ələsgərli

www.yenicag.az

140
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv