PR mütəxəssisləri Bakıda toplaşdılar – VİDEO

Bu gün Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu keçirilir.

Yenicag.az xəbər verir ki, forumda dövlət qurumları və özəl şirkətlərin mətbuat katibləri, PR mütəxəssisləri, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstanda olan qonaqlar, o cümlədən ictimaiyyət və media nümayəndələri iştirak edirlər.

Forum Azərbaycan Dövlət Himninin səsləndirilməsiylə başlayıb.

Daha sonra çıxış edən APRA-nın sədri İlham Məmmədzadə forumun ölkəmizdə ictimaiyyətlə əlaqələrə töhfə olacağını bildirib. Təşkilatçı foruma qatılan qonaqların paylaşacağı təcrübələrinin faydalı olacağını qeyd edib.

Forumda çıxış edən Beynəlxalq PR Assosiasiyasının prezidenti Svetlana Stavreva “Rəqamsal transformasiya və süni zəka dövründə heykayəmizi necə danışmalı?” mövzusunda çıxış edib. Türkiyə Halkla İlişkiler Dərnəyinin rəhbəri Qonca Karakaşın mövzusu isə “İctimaiyyətlə əlaqlərdə gələcəyin trenderləri” olub.

PR mütəxəssislərinin çıxış etdiyi tədbir iştirak edənlər arasında Laboratoriya PR agentliyinin direktoru Afəq Yaqubova da olub. O, “Medianın pullu olduğu dövrdə PR PRdırmı?” mövzusunda fikirlərini bölüşüb. Forum müzakirələrlə davam etdirilib.

Qeyd edək ki, 200-ə yaxın qonağın olduğu tədbirin media dəstəkçilərindən biri “YeniÇağ” Media Qrupudur. Formun platium sponsoru isə “Sinerji PRO” şirkətidir.

Emin Səfərov