!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Praqada ondan çox insanı qətlə yetirən qatilin daha iki nəfəri öldürdüyü ÜZƏ ÇIXDI

!Reklam – Yazi

Praqada ondan çox insanı öldürən qatilin daha iki nəfəri öldürdüyü məlum olub.

Yenicag.az xəbər verir ki, bu barədə Çexiya mətbuatı məlumat yayıb. Bildirilir ki, cinayətkar tələbə David Kozakın 33 yaşlı kişini və onun iki aylıq qızını öldürdüyünü etiraf etdiyi məktubu polislər tərəfindən Qostoun kəndindəki evində tapılıb.

Məktubda onun cinayəti Praqadakı Klanovice meşəsində törətdiyi qeyd olunub. Universitetdəki atışmadan əvvəl Kozakın atasını da öldürdüyü məlum olub.

Xatırladaq ki, dekabrın 21-də Praqada Karl Universitetinin Fəlsəfə fakültəsində 14 nəfəri güllələyən, 25 nəfəri yaralayan tələbə David Kozak atışmadan sonra intihar edib. Ölümündən qabaq o, intihar məktubu yazıb.

Hadisədən sonra Çexiyada bir günlük matəm elan edilib. tələbə David K. atanı və bir uşağı öldürdüyünü də etiraf edib.

Xuraman Etibarlı

www.yenicag.az

176
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv