!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Premyer Liqa: "Kəpəz" "Səbail" oyununun nəticəsi AÇIQLANDI

!Reklam – Yazi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha 1 oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, günün ilk matçı Gəncədə yerli “Kəpəz”lə “Səbail” arasında baş tutub.

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 36 və 66-cı dəqiqələrdə Abdullahi Şuaybu, 84-cü dəqiqədə isə Fərid Nəbiyev vurub.

Bu nəticədən sonra xallarının sayını 8-ə yüksəldən “Kəpəz” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 10 xalı olan “Səbail” isə 7-ci sıradadır.

Günün digər matçında 19 xalla 4-cü sırada olan “Zirə” 22 xalla özündən bir pillə yüksəkdə qərarlaşan “Neftçi”ni qəbul edəcək.

Qeyd edək ki, açılış oyununda “Turan Tovuz” evdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib. Tura oktyabrın 30-da keçiriləcək “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.

www.yenicag.az

335
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv