!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Premyer Liqa: "Qəbələ" ardıcıl üçüncü oyunda məğlub oldu

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Yenicag.az-ın məlumatına görə, günün ilk matçında “Qəbələ” “Sumqayıt”ı qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə bitib. “Gənclik şəhəri” təmsilçisinin qollarını 3-cü dəqiqədə İsa Suliman, 31-ci dəqiqədə Kamran Əliyev vurub. “Qırmızı-qaralar”da 53-cü dəqiqədə Osama Xalayla fərqlənib.

Rəqibindən bir oyun az keçirən “Sumqayıt” ikinci qələbəsini qazanıb. Meydan sahibləri isə hər üç qarşılaşmadan məğlub ayrılıb.

Qeyd edək ki, günün digər görüşündə “Səbail” “Zirə”ni qəbul edəcək. Turun açılış matçında “Turan Tovuz” səfərdə “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib. III turun “Qarabağ” – “Araz-Naxçıvan” və “Sabah” – “Neftçi” matçları avqustun 20-də olacaq.

www.yenicag.az

227
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv