!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Premyer Liqada yeni mövsüm başladı - "Neftçi"dən qələbə

!Reklam – Yazi

Bu gün Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünə start verilib.

Yenicag.az xəbər verir ki, mövsümün açılış matçı Mərdəkanda baş tutub. Sumqayıtın eyniadlı komandası “Dalğa Arena”da “Neftçi” ilə üz-üzə gəlib.

Qarşılaşma “ağ-qaralar”ın qələbəsiylə başa çatıb.

Qeyd edək ki, bu günə nəzərdə tutulan “Qarabağ” – “Zirə” matçı Ağdam təmsilçisinin Çempionlar Liqasında çıxışına görə 26 sentyabr tarixinə təxirə salınıb. Turun digər iki oyunu isə sabah keçiriləcək.

“Qəbələ” doğma azarkeşləri önündə “Səbail”i qəbul edəcək, “Keşlə” isə debütant “Sabah”ı sınağa çəkəcək.

Azərbaycan Premyer Liqası
1-ci tur
11 avqust

“Sumqayıt” – “Neftçi” 0:2
Qollar: Mirabdulla Abbasov, 27. Emin Mahmudov, 72.
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, İnqilab Məmmədov
Bakı, “Dalğa Arena”

12 avqust

19:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
Qəbələ şəhər stadionu

21:00. “Keşlə” – “Sabah”
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, İsgəndər Əliyev, Ramil Diniyev
Bakı, “ASK Arena”.

www.yenicag.az

3965
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv