!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Premyer Liqanın 31-ci turuna yekun vurulacaq

!Reklam – Yazi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulacaq.

Yenicag.az xəbər verir ki, son olaraq “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək.

“Gənclik şəhəri” təmsilçisi 25 xalla 8-ci, “qırmızı-qaralar” 42 xalla 4-cü pillədə qərarlaşıb.

Komandalar indiyədək ölkə çempionatında 42 dəfə üz-üzə gəliblər. Bunların 5-də “Sumqayıt”, 24-də “Qəbələ” meydanı 3 xalla tərk edib. 13 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbətində də qonaqların aşkar üstünlüyü var – 67:31

18:00. “Sumqayıt”– “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Kapital Bank Arena”

Qeyd edək ki, turun əvvəlki üç matçında bərabərlik qeydə alınıb. “Şamaxı” “Kəpəz”lə, “Neftçi” “Səbail”lə 1:1 hesablı heç-heçə edib, “Qarabağ” isə “Zirə” ilə sülhə razılaşıb – 2:2. “Sabah” səfərdə “Turan Tovuz”u iki cavabsız qolla üstələyib.

www.yenicag.az

290
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv