Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Prezident anti-Azərbaycan dairələrin bəhanəsini kəsdi” – Mehman Əliyevlə bağlı qərara reaksiya

“Ona qarşı irəli sürülən ittiham sübut olunmadan barəsində həbs qərarı çıxarılması xüsusi zərurət sayılan bir addım deyildi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad olunmasını şərh edərkən deyib:

“Mehman Əliyevin həbsindən sonra bu hadisəyə konkret münasibətimizi bildirmişdik və onun barəsində seçilmiş həbs qərarının adekvat olmadığını bildirmişdik.

Eyni zamanda, bir sıra nüfuzlu ziyalılar, millət vəkilləri, ictimai xadimlər, o cümlədən, media rəhbərləri və Mətbuat Şurası cənab prezidentə müraciət edərək, Mehman Əliyevlə bağlı qərara yenidən baxılmasını xahiş etmişdilər.
Ümumiyyətlə, cəmiyyətdə özünə görə tanınan, Azərbaycanda müstəqil medianın formalaşmasında xidmətləri olan bir şəxsin vergi cinayətində ittiham olunaraq, həbs edilməsi adekvat tədbir hesab olunmurdu.

Dövlət başçısına ünvanlanan müraciətlərdə də bu məqam xüsusi vurğulanırdı. Yəni məsələ Mehman Əliyevin günahsızlığının iddia edilməsində yox, onun həbsinin ittiham olunduğu əmələ adekvat olmamasında idi.
Bildiyiniz kimi, bu həbsdən sonra Azərbaycana qarşı kampaniya aparan beynəlxalq ermənipərəst dairələr öz çirkin təbliğatlarında bu məqamdan gen-bol istifadə edirdilər. O baxımdan, Mehman Əliyevin həbsi ümumi dövlət maraqlarına heç də uyğun deyildi.

Sağ olsun, cənab prezident, ona edilmiş çoxsaylı müraciətləri nəzərə alaraq, Mehman Əliyevin azadlığa buraxılmasına şərait yaratdı.

Fikrimcə, Mehman Əliyev bundan sonra öz əməllərini daha düzgün qiymətləndirəcək və özü ilə bağlı neqativ situasiyaların yaranmasına yol verməməyə çalışacaq”.

Elçin Mirzəbəyli

Mirzəbəyli yuxarıda qeyd etdiyi “Mehman Əliyevin həbsi ümumi dövlət maraqlarına heç də uyğun deyildi” fikrinə belə aydınlıq gətirdi:

“Mehman Əliyev konkret əməldə – vergidən yayınmaq cinayətində ittiham olunurdu. Lakin ona qarşı irəli sürülən ittiham sübut olunmadan barəsində həbs qərarı çıxarılması xüsusi zərurət sayılan bir addım deyildi. Yəni söhbət ciddi ictimai təhlükə yaradan əməldən yox, vergidən yayınmaqdan gedir.

Bu həbsin dövlət maraqlarına uyğun olmamasını ümumi kontekstdə dedim. Hər halda, ölkəmizin Avropa İttifaqı ilə strateji tərəfdaşlıq müqaviləsinin hazırlandığı bir ərəfədə belə addımların atılması antiAzərbaycan dairələrinin əlinə əlavə bəhanə verdi. Mən bunu nəzərdə tuturdum.

Yenə qeyd edirəm, cənab prezident Mehman Əliyevin azadlığa buraxılmasına şərait yaratmaqla, Azərbaycanın əleyhinə qərəzli kampaniya aparan dairələrin bəhanəsini kəsdi”.

Qeyd edək ki, qanunsuz sahibkarlıqda və vergidən yayınmaqda ittiham olunaraq, avqustun 25-də barəsində həbs qətimkan tədbiri seçilən Mehman Əliyev bu gün Yasamal rayon məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

A. Zeynalov

www.yenicag.az

1112
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM