!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılmasını təsdiqlədi

!Reklam – Yazi

Prezident İlham Əliyev “Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında Saziş”i təsdiqləyib. 

Yenicag.az xəbər verir ki, Prezidentin bununla bağlı Sərəncamında deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2023-cü il iyulun 18-də Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Özbəkistan Respublikasının Yenidənqurma və İnkişaf Fondu arasında Özbəkistan Respublikasının ərazisində məhdud məsuliyyətli cəmiyyət formasında Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında Saziş” təsdiq edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

www.yenicag.az

179
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv