Prezident Cabbarovu təltif etdi – SƏRƏNCAM/FOTO

Siraqəddin Nəcəf oğlu Cabbarov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 14-də bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə bu mükafata layiq görülüb.