!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Prezident də ölkədə siyasi qarşıdurmanın arzuedilməz olduğunun fərqindədir” – Partiya sədri

!Reklam – Yazi

“Biz uzun illər bir birimizə qarşı mübarizə aparmışıq, nəticədə isə xalq yaddan çıxıb”.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən bu ilin mart ayından etibarən, ölkədə fəaliyyət göstərən partiyaların rəhbərləri ilə keçirilən görüşlər mövcud siyasi münasibətlərin konstruktiv məcraya yönləndirilməsi baxımından, yüksək qiymətləndirilir. Bu fəaliyyət ölkədə aparılan siyasi islahatların dərinləşməsinə və yeni siyasi konfiqurasiyanın formalaşmasına dəlalət edir.

Azərbaycan Xalq-Demokratik Partiyasının (AXDP) sədri Rafiq Turabxanoğlu Yenicag.az-a açıqlamasında ölkə hakimiyyətinin siyasi qüvvələr arasında dialoq mühitinin yaradılmasına istiqamətlənmiş addımlarını şərh edib.

Partiya sədrinin fikrincə, dövlət başçısı ölkədaxili siyasi qüvvələr arasında normal münasibətlər qurulmasının mümkünlüyünə inanır:

“Hər zaman siyasi dialoqun tərəfdarı olmuşam. Geniş baxanda, iqtidar-müxalifət münasibətlərinin gərgin olması mənasızdır. Heç xalq da bunu yaxşı qarşılamır. Biz uzun illərdir, bir birimizə qarşı mübarizə aparmışıq, nəticədə isə xalq yaddan çıxıb.

Prezidentin çıxışlarından hiss edirəm ki, o da bu qarşıdurmanın arzuedilməz olduğunun fərqindədir. Ona görə də, özündə enerji və güc-qüvvə hiss edərək, siyasi sistemi dəyişmək istəyir. Prezident bu fəaliyyətinin müsbət nəticə verəcəyinə inandığı üçün siyasi mühitin normallaşdırılmasına yönəlik addımlar atlr”.

Səxavət Məmməd

www.yenicag.az

687
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv