!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident FHN işçiləri ilə bağlı SƏRƏNCAM imzaladı

!Reklam – Yazi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam verib.

Sərəncamla qərara alınır:

– Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor İlham Əyyub oğlu Abdullayevə

general-mayor Şahmar Ənvər oğlu Paşayevə

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Adil Ələsgər oğlu Abdullayevə

polkovnik Əşrəf Məmməd oğlu Qasımova

polkovnik Raul Süleyman oğlu Zeynalova.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Dövlət başçısının digər Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 noyabr tarixli 574 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində ali hərbi (xüsusi) rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

www.yenicag.az

621
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv