!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident Hacıqabulda açılışlar etdi - YENİLƏNDİ

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Hacıqabul rayonuna səfərə gəlib.

Yenicag.az xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub..

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonda görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

***

Aprelin 20-də Hacıqabul Sənaye Məhəlləsinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısına sənaye məhəlləsində yerləşən müəssisələr barədə məlumat verilib.

***

Aprelin 20-də Hacıqabul-Muğan avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlət başçısına uzunluğu 11,5 kilometr olan yolun texniki göstəriciləri barədə məlumat verildi.

***

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonunun Meyniman kəndinin ərazisində fermer Elşən Xəlilovun 10 hektarlıq pambıq tarlası ilə tanış olub.

Dövlət başçısı əkin sahəsində pambıq səpininə start verilməsi prosesini izləyib.

***

Aprelin 20-də Hacıqabul rayonunda “Aqro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətin aqroparkının təqdimatı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

***

Aprelin 20-də Hacıqabulda 110/35/10 kilovoltluq “Qarasu” yarımstansiyası istismara verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına yarımstansiyada yaradılan şərait barədə məlumat verib.

www.yenicag.az

973
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv