Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Prezident İlham Əliyev energetika sisteminin təkmilləşdirilməsi ilə bağlı sərəncam verdi

Reklam: High Technic

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev energetika sisteminin təkmilləşdirilməsi və elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncamda qeyd edilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, energetika sisteminin təkmilləşdirilməsi və elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə qərara alıram:

1. Energetika sisteminin təkmilləşdirilməsi, əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən birgə tərtib edilmiş Reabilitasiya Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün 40,0 (qırx) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

www.yenicag.az

1518
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM