!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident İlham Əliyev: Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşünün detallarını açıqlayıb.

Yenicag.az xəbər verir ki, dövlət başçısı jurnalistlərə müsahibəsində görüşün konstruktiv keçdiyini qeyd edib.

“Yaxşı keçdi, məncə konstruktiv keçdi. Bir çox məsələlər müzakirə edildi, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması, sazişin imzalanması üçün lazım olan şərtlərin mövcudluğu. Əlbəttə ki, mən öz mövqeyimi bir daha bildirdim. Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında təşkil edilməlidir, tərtib edilməlidir. Qarabağ haqqında hər hansısa iddianın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. Biz üç gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. Onları indi incələyirik. İlk baxışda Ermənistan mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil. Yəni əsas bu məsələ müzakirə olundu”, – dövlət başçısı vurğulayıb.

www.yenicag.az

298
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv