Reklam: High Technic
hightechnic

İlham Əliyev fransalı həmkarı Fransua Ollandla görüşüb

Reklam: Sinerji Pro

Parisdə, Yelisey Sarayında Azərbaycan prezidenti İlham Əliyevin fransalı həmkarı Fransua Ollandla görüşü olub.

Yeniçağ.Az-ın prezidentin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Yelisey Sarayının qarşısında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fransa prezidenti Fransua Olland prezident İlham Əliyevi qarşılayıb.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Görüşdə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyətə malik olduğu vurğulanıb. Ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, kosmik sənaye, turizm, bərpaolunan enerji, ətraf mühit sahələrində səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Yeniçağ.Az

www.yenicag.az

85