!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident Kamandan Oxatma Federasiyasının idmançısını mükafatlandırdı

!Reklam – Yazi

Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr edilən mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin mükafatlandırdığı idmançılardan biri də Kamandan Oxatma Federasiyasının idmançısı Yaylagül Ramazanovadır. Yaylagül Ramazanovaya yüksək nailiyyətlərinə görə ölkə başçısı tərəfindən yeni mənzilin orderi təqdim edilib. 

İdman ustası, dəfələrlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Yaylagül Ramazanova 70 metr məsafədə oxatma üzrə ölkə rekordçusudur. O, həmçinin Banqladeşdə kamandan oxatma üzrə keçirilən İslam Ölkələrinin Həmrəyliyi çempionatının çempionudur. 2022-ci ildə Münhendə keçirilən Avropa çempionatında isə Yaylagül Avropa oyunlarına lisenziya yarışında 2-ci yeri qazanmış idmançıdır.

Qeyd edək ki, 2022-ci ilin oktyabr ayından federasiyanın başq məşqçisi respublika dərəcəli hakim, əməkdar məşqçi, idman ustası Natiq Fazilovdur.

www.yenicag.az

103
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv