Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Prezident Milli Məclisə layihə göndərdi - Dəyişiklik ediləcək

Reklam: Sinerji Pro

Milli Məclisdə Əmək Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi müzakirə olunub.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli layihə barədə məlumat verib.

Məcəlləyə təklif edilən dəyişikliyə görə, 65-ci maddəyə aşağıdakı məzmunda yeni hissə əlavə edilib.

Əlavəyə görə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçi attestasiyadan keçirildikdə, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir.

Hadı Rəcəbli qeyd edib ki, dəyişiklik layihəsi parlamentə prezidentin imzası ilə daxil olub.

Yeniçağ.az

www.yenicag.az

493