www.sinerjipro.net

SinerjiProWide
Reklam

prezident imza pl2-1Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli Qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2016-cı il 15 yanvar tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Sənədə əsasən, Nazirlər Kabinetinə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının elektron formada (ArcGİS proqramında mdb formatda, gücləndirilmiş elektron imzalı) qrafik təsvirini bir ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Əmlak Məsələləri Dövlət Komitəsi bu fərmanda nəzərdə tutulan elektron formada qrafik təsvirin təsdiq edilməsindən sonra on gün müddətində onun öz rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etməlidir.

Bundan başqa Azərbaycan prezidenti İlham Əliyev 2016-cı il avqustun 7-də Bakı şəhərində Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında elektron təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran hökumətinə bildiriş göndərməlidir.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 52
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."