!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident seçkilərində mediaya REKLAM SİFARİŞİ: “Onların bəziləri mətbuatdan borc istəməsə, yaxşıdır“

!Reklam – Yazi

“Prezidentliyə namizədlərin əksəriyyətinin seçki kampaniyasını borcla başa vuracağı daha real görünür”.

Bu fikirləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinin təbliğat-təşviqat mərhələsində media orqanlarının siyasi reklam sifarişləri əsasında pul qazanmaq imkanlarını şərh edən Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, davam edən seçki prosesində media subyektlərinin qazanc əldə edəcəyi o qədər də inandırıcı görünmür:

“Çünki namizədlərin əksəriyyətinin MSK-ya təqdim etdiyi gəlir deklorasiyasına baxdıqda, məsələ aydın olur. Məsələn, elə namizəd var, seçkilərə cəmin 1500, eləsi də var, 10 min manat büdcə ilə qatılıb.

Eyni zamanda, imza toplamaq, reklam, təbliğat-təşviqat mərhələlərini də nəzərə alsaq, namizədlərin böyük əksəriyyətinin seçki kampaniyasını borcla başa vuracağı daha real görünür.

Bu səbəbdən, media subyektlərinin prezidentliyə namizədlərdən qəbul ediləcək reklam sifarişləri əsasında pul qazanacaqları inandırıcı deyil. Əksinə, bəzi namizədlər mətbuatdan borca pul istəməsələr, yaxşıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

191
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv