!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident üç sərəncam imzaladı

!Reklam – Yazi

15:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələkbərova Esmiralda Əhəd qızına “Əməkdar həkim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncamda deyilir

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında idman səhiyyəsinin inkişafında xidmətlərinə görə Ələkbərova Esmiralda Əhəd qızına “Əməkdar həkim” fəxri adı verilsin”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının idman mütəxəssislərinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

“Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilsin:

Həşimov İsmayıl Teymur oğlu

Demina Tanziliya Zaxarovna

Məmmədov Yaqub Əkbər oğlu

Məmmədov Vahid Şərafəddin oğlu

Əlimzanov Şamil Əhmədcanoviç

İbrahimov İbrahim Eldar oğlu

İşməmmədova Svetlana Bəşirovna”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

“1. Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Nərimanov Elşad Əhməd oğlu

Əliyev Elxan İzzət oğlu

Mircavadov Ağasəlim Seyidəhməd oğlu”.

www.yenicag.az

2181
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv