!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Prezident və Birinci vitse-prezidentin təhsil sahəsinə göstərdikləri diqqət öz bəhrəsini verir" - ŞƏRH

!Reklam – Yazi

“Yaxın 3-5 il ərzində atılan addımların effektiv nəticələri özünü göstərəcək”.

Bu sözləri Heydər Əliyev Fondunun təhsil sahəsində gördüyü işləri, o cümlədən ölkədə təhsilin inkişafına prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın göstərdiyi diqqət və qayğının təsirlərini dəyərləndirən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün təhsil sektorunda yüksək ixtisaslı kadrların hazırlanması ilə bağlı işlər görülür:

“Son illər təhsil sahəsinə göstərilən diqqət və qayğı nəticəsində xaricdə təhsil almağa can atan və dövlət proqramı ilə təhsilini xarici ölkədə davam etdirmək istəyən vətəndaşlarımız var. Həmin vətəndaşlarımız məlum diqqəti öz üzərlərində hiss edirlər. Məktəb tikintisi ilə yanaşı, ölkədə ölkə başçısının sərəncamı əsasında Tələbə Təhsil Kredit Fondu yaradılıb. Bu fondun fəaliyyəti maliyyə cəhətdən sıxıntı yaşayan və təhsilini dayandıran tələbələr üçün əlverişli şərait yaradıb. Belə ki, həmin tələbələr artıq öz təhsillərini davam etdirə biləcəklər. Bu, mütərəqqi bir addımdır. Eyni zamanda, yüksək ixtisaslı kadrların hazırlanması və onların müvafiq postlara təyin olunması ilə bağlı işlər görülür. Bununla bağlı müvafiq qurumlara tapşırıqlar da verilir. Bu addımlar təhsilin inkişafı yönündə atılan müsbət hallardır. Yaxın 3-5 il ərzində atılan addımların effektiv nəticələri özünü göstərəcək.

Bu gün 4447 orta ümumitəhsil müəssisəsi var. Bu müəssisələrdən bəzilərinin təmirə və ya bərpa edilməsinə ehtiyac var. Bu fonda prezidentin müvafiq tapşırığına uyğun olaraq artıq işlər həyata keçirilir. Bəzi məktəblərdə tikinti işləri gedir, bəzilərində isə bərpa işləri davam edir. Təsadüfi deyil ki, son 5-6 il ərzində müxtəlif regionlar üzrə bu cür yüzlərlə məktəb tikilib. Bundan başqa, hazırda işğaldan azad olunmuş ərazilərdə də məktəblər tikilir, təhsil ocaqları yaradılır”.

Təhsil sahəsində müxtəlif istiqamətlər üzrə islahatların aparıldığını vurğulayan Elçin Əfəndi qeyd edib ki, bu islahatlardan biri də müəllimlərin işə qəbulu ilə bağlıdır:

“Qərara görə, müəllimlər artıq yeni qaydalarla işə qəbul olunacaq. Hər il dövlət büdcəsindən müvafiq yardımın ayrılması ilə ödənişsiz əsaslarla oxuyan tələbələr üçün imkanlar yaradılır. Dövlət sifarişi ilə oxuyan tələbələrin sayı ödənişli əsaslarla oxuyan tələbələrin sayından bir qədər artıqdır. Bu, təhsil adına atılan uğurlu addımlardan biridir. Ölkə başçısı tərəfindən regionlarda təhsilin inkişafı ilə bağlı müvafiq tapşırıqlar da verilir. Artıq 12 regional təhsil idarəsi yaradılıb. Bu addım regionlarda təhsilin inkişafına mühüm töhfə verəcək. Ümumilikdə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə göstərdiyi diqqət öz bəhrəsini verir”.

Gülşən Şərif

www.yenicag.az

370
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv