!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentdən açıq MESAJ: “Biz müharibəyə hazırlaşırıq”

!Reklam – Yazi

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin müharibəyə hazırlaşdığını açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “BelTA” məlumat yayıb.

“Biz müharibəyə hazırlaşırıq, bunu çox açıq deyirəm. “Sülh istəyirsənsə, müharibəyə hazır ol”. Bu deyimi mən uydurmamışam”, – Lukaşenko bildirib.

Belarus prezidentinin sözlərinə görə, respublikada müvafiq bölmələrin lazımi təlimləri keçirilir, qoşunlara müxtəlif növ silah və texnika verilir.

Xatırladaq ki, son günlər Belarus prezidenti Qərb ölkələrinin Belarusu müharibəyə çəkmək istəyəcəkləri ilə bağlı mütəmadi çıxışlar edir.
Lukaşenko həmçinin Polşa ilə sərhəddə yerləşən hərbçilərə NATO təhlükəsinə görə ayıq-sayıq olmağı əmr edib.

Rafi Müslümov

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv