!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentdən bu ölkələrə net MESAJ: “Bu, Azərbaycanın xarici siyasətinin heç kimdən asılı olmadığının göstəricisidir”

!Reklam – Yazi

“Hazırda Azərbaycan xarici siyasətində açıq və net danışır”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanın xarici siyasətinin perspektivlərindən danışan politoloq Əlabbas Məhərrəmli deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə bunu açıq-aşkar səsləndirib.

“Prezident həmçinin Azərbaycanın heç kimin sözü ilə oturub-durmadığını, heç kimsənin daxili işlərimizə müdaxilə edə bilmədiyini diqqətə çatdırıb.

Bir müddət öncə İlham Əliyev dədə-baba yurdlarından didərgin düşənlərin öz yerlərinə qaytarılması prosesində iştirak etdi. Şuşaya qayıdan sakinlərə mənzilləinin açarlarını təqdim edərək, açılış nitqi səsləndirdi. Dediyi sözlər arasında isə ABŞ və Fransa səfirinə də açıq mesaj vardı: “Gəlirlərsə, gəlsinlər, gəlmirlərsə, lazım da deyil”. Bu mesaj Azərbaycanın xarici siyasətinin heç kimdən asılı olmadığının, hansısa qüvvəyə görə müəyyənləşdirilmədiyinin göstəricisidir”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

466
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv