Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Prezidentdən həkimlərin fəaliyyətinə YÜKSƏK QİYMƏT: “Cəmiyyətdə müsbət emosiya doğurub”

Reklam: Sinerji Pro

“Səhiyyə işçilərinin əməkhaqlarının artırılması onları bir sıra məişət qayğılarından azad edəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında koronavirusa qarşı mübarizədə dövlət tibb müəssisələrində çalışan işçilərin aylıq əməkhaqlarına müddətli əlavənin edilməsi haqqında prezident İlham Əliyevin imzaladığı Sərəncama münasibət bildirən “Sağlam Toplum” İctimai Birliyinin sədri Lalə Mehralı deyib.

Lalə Mehralının sözlərinə görə, ölkə başçısının Sərəncamı ilə tibb işçilərinin əməkhaqlarının artırılması təqdirəlayiqdir və bu addım cəmiyyətdə müsbət emosiya doğurub:

“Tibb işçilərinin koronavirusa qarşı mübarizədə öz peşə fəaliyyətlərini yerinə yetirərkən, hansı təhlükə ilə qarşı-qarşıya olduqlarını hamımız dərk edirik.

Koronavirusla mübarizənin davam etdiyi bu günlər tibb işçiləri üçün həyatlarının bəlkə də ən çətin günləri kimi xatırlanacaq.

Əlbəttə, tibb işçilərinin əziyyəti heç bir qarşılıqla ölçülə bilməz, amma bütün hallarda əməkhaqlarının artırılması onları bır sıra məişət qayğılarından azad edəcək.

O baxımdan, səhiyyə işçilərinin əməkhaqlarının artırılması onların əziyyətinə verilən çox böyük dəyər və dövlətin qayğısı kimi qiymətləndirilməlidir”.

Qeyd edək ki, prezident İlham Əliyevin dünən imzaladığı Sərəncama əsasən, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən olunub.

Gülşən Şərif

Loading...

www.yenicag.az

501
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100