!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentin Gəncə səfəri: "Sarkisyan və Köçəryanın hədəf alınması təsadüfi deyil" - Şərh

!Reklam – Yazi

“Müharibə gedişində məhz Gəncənin hədəf seçilməsi, dinc əhaliyə qarşı raket hücumlarının edilməsi faktiki olaraq Ermənistanın və onun liderlərinin bir daha faşist təfəkkürlü şəxslər olduğunu sübut edir”.

Bunu ölkə başçısı İlham Əliyevin Gəncə səfərinə münasibət bildirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin politoloqu Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Politoloqa görə, prezidentin Gəncəyə səfəri zamanı “erməni faşizmini məğlub etmişik” deməsi və Ermənistanın keçmiş rəhbərləri Robert Köçəryan ilə Serj Sarkisyanı sərt tənqid etməsi səbəbsiz deyil:

“Məlum olduğu kimi, Gəncə şəhəri 44 günlük müharibə zamanı Ermənistan ordusunun hücumuna məruz qalan şəhərlərimizdən idi. Məsələ ondadır ki, Gəncə şəhəri təmas xəttində və cəbhə bölgəsinə yaxın ərazi deyil. Digər tərəfdən, ermənilər Gəncədə müharibənin seyrinə təsir edəcək hərbi obyektin olmadığını da bilirdi. Müharibə gedişində məhz Gəncənin hədəf seçilməsi, dinc əhaliyə qarşı raket hücumlarının edilməsi faktiki olaraq Ermənistanın və onun liderlərinin bir daha faşist təfəkkürlü şəxslər olduğunu sübut edir. İstər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın məqsədyönlü şəkildə dinc əhalini hədəf seçməsi bu ölkənin siyasi dairələrinin hələ də faşist düşüncəsində olduğunu göstərir. Prezidentin bu məsələlərlə paralel Sarkisyan və Köçəryanı hədəf alması təsadüfi deyil. Məsələ ondadır ki, həm Köçəryan, həm də Sarkisyan Birinci Qarabağ müharibəsi zamanı dinc azərbaycanlılara xüsusi amansızlıqla əzab verib, onları qətlə yetirib. Hesab edirəm ki, prezidentin hər vəchlə bu iki şəxsin adını çəkməsi və sanki dünya ictimaiyyətinin diqqətinə israrla çatdırması bu şəxslərin bu gün azadlıqda gəzməsi ilə əlaqədardır.

Prinsip etibarilə Prezidentin bu iradı yerində və doğrudur. Çünki əli uşaq, qadın, qoca qanına batan bu şəxslər faktiki olaraq insanlıq cinayəti edib və hələ də azadlıqdadır. Prezidentin çıxışlarında tez-tez Sarkisyan və Köçəryanı ittiham etməsi bu şəxslərin İkinci Dünya müharibəsi sonrası Nürinberq məhkəməsində mühakimə edilərək cəzalandırılan faşist liderlər kimi cəzalandırılması ilə əlaqədardır”.

Gülşən Şərif

www.yenicag.az

630
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv