!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentin tapşırığına uyğun olaraq, DSX Türkiyəyə növbəti yardım göndərdi - FOTO

!Reklam – Yazi

Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Dövlət Sərhəd Xidmətinin (DSX) humanitar yardım karvanı qardaş ölkəyə yola salınıb.

Bu barədə Yenicag.az-a DSX-dan məlumat verilib.

DSX-yə məxsus 2 TIR vasitəsilə zəlzələdən zərərçəkmişlər üçün yola salınan humanitar yardıma xüsusi hərbi qış çadırı, yarımyun ədyal, yataq kisəsi (qış şəraiti üçün), yarımyun corab, yarımyun əlcək, yarımyun köynək, qış termal alt paltarı, odun sobası (bütün ləvazimatları ilə), içməli “Sərhədçi” suyu (5 litrlik qablaşdırmalarda) daxildir.

Eyni zamanda zəlzələ zonasında fəaliyyət göstərən könüllülər üçün təyyarə ilə göndərilən yardıma xüsusi hərbi qış çadırı 25 nəfərlik, yataq kisəsi (qış şəraiti üçün), yarımyun corab, yarımyun əlcək, qış termal alt paltarı, uzunboğaz çəkmə (botinka), bel kəməri, su qabı (qumquma), odun sobası (bütün ləvazimatları ilə), dərman (1 nəfər üçün ilkin tibbi yardım), quru ərzaq payı, konserviləşdirilmiş 1-ci yemək (0.350 kq), konserviləşdirilmiş 2-ci yemək (0.350 kq), konserviləşdirilmiş mal əti (0.525 kq) daxildir.

 

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Qəhrəmanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb, 80 088 nəfər yaralanıb. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

www.yenicag.az

322
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv