!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentin xüsusi nümayəndəsi sülh müqaviləsinin prinsiplərini AÇIQLADI

!Reklam – Yazi

Azərbaycan və Ermənistan sülh sazişinin potensial nisbətən qısa yeddi layihəsini mübadilə ediblər.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Britaniyanın “The Guardian” nəşrinə açıqlamasında deyib.

Elçin Əmirbəyov qeyd edib ki, ölkə hazırda Ermənistanın son təkliflər layihəsi ilə bağlı şərhlərinə cavab gözləyir: “Danışıqların bu həlledici mərhələsində, yəqin ki, yekun razılaşmadan o qədər də uzaqda deyilik, nəticəyönümlü hərəkətlərə ehtiyac var. Mən bilirəm ki, 30 illik danışıqlardan sonra və heç bir əsas nəticə olmadan, hər iki tərəfdə müəyyən bir yorğunluq və məyusluq var ki, biz nə vaxta qədər heç bir ağlabatan nəticə olmadan bir-birimizlə görüşməyə davam edəcəyik”.

Onun sözlərinə görə, sülh sazişindəki beş prinsip bunlardır: “Bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, indi və gələcəkdə bir-birlərinə qarşı hər hansı ərazi iddialarının və ziddiyyət təşkil edən hər hansı aktların rədd edilməsi, gücdən istifadə və ya güc tətbiq etmək hədəsi kimi BMT nizamnaməsinə zidd olan hər hansı hərəkətləri rədd etmək, eyni zamanda Ermənistan və Azərbaycan arasında heç vaxt edilməmiş sərhədin delimitasiyası və nəhayət, Ermənistanla Azərbaycan arasında kommunikasiya yollarının və əlaqələrin açılması, çünki 30 ildir münaqişə ucbatından heç bir əlaqəmiz yoxdur”.

www.yenicag.az

135
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv