!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentin yüksək vəzifə verdiyi İdayətov kimdir? - DOSYE

!Reklam – Yazi

Samir Ayət oğlu İdayətov Dövlət Mineral Xammal Ehtiyalarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

***

S.İdayətov 10 may 1980-cı ildə anadan olub.

1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, 2001-2003-cü illərdə həmin Universitetdə magistr dərəcəsinə yiyələnib.

2011-2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında inzibati idarəetmə üzrə əlavə ali təhsil alıb.

2003-2004-cü il tarixlərində hərbi xidmətdə olub. 2002-2017-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, 2017-ci ildə Dövlət Toxum Fondunda sədr, şöbə müdiri işləyib. 2018-ci ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəis müavini, 2020-ci ildə “Azərbaycan Yaşıllaşdırma və Landşaft quruluşu” ASC-də sədr müavini, 10 noyabr 2021-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatının Daxili Nəzarət və Audit şöbəsinin müdiri vəzifəsində işləyib.

Ailəlidir, 3 övladı var.

www.yenicag.az

433
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv