!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentlərin hesabı xakerlərin hədəfində: "Bir dövlət başçısının rəsmi hesabı ələ keçirilirsə..."

!Reklam – Yazi

“Dövlət başçısının hesabının ələ keçirilməsi dələduzluğun ən yüksək səviyyəsidir”.

Bu fikirləri Gürcüstan Prezidentinin rəsmi saytının ələ keçirilməsi fonunda dövlət başçılarına məxsus saytların mühafizə dərəcəsi barədə danışan informasiya təhlükəsizliyi üzrə ekspert Tariyel Ağazadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkə başçısının adından edilən paylaşım böyük ajiotaja səbəb ola bilər:

“Ümumiyyətlə, xaker adlandırdığımız dələduzlar müxtəlif növ hesabları ələ keçirməklə məşğuldurlar. Hesabları qıraraq həmin insanın nüfuzunu aşağı salmağa, dövlət üçün təhlükəli məqam yaratmağa çalışırlar. Bu, dövlət səviyyəli bir hesabdırsa, həmin prezidentin hesabını ələ keçirmək, onun adından paylaşım etmək ölkədə ajiotaj, xaos yarada bilər. Təsəvvür edin ki, hər hansı bir ölkənin başçısının hesabından yanlış informasiya paylaşılır. Əlbəttə, bu, xaosa gətirib çıxarar.

Dövlət başçısının hesabının ələ keçirilməsi dələduzluğun ən yüksək səviyyəsidir. Hətta bir çox məşhurun da hesabı qırılır, sonra pul qarşılığında geri verilir. Ümumiyyətlə, bu hesabları müxtəlif kodlar, tətbiq və proqramlar vasitəsi ilə qırırlar. Xüsusi kodlar vasitəsilə yazılmış proqram təminatı var ki, onların ad, soyadını daxil etdiyimizdə həmin şəxsin istifadə edə biləcəyi mobil porqram üzrə şifrələri təqdim edir və bir-bir kodlar sındırılır. Bu, xüsusi botlar vasitəsilə həyata keçirilir.

Ölkə başçısının hesabının ələ keçirilməsi dövlət üçün çox böyük problemli məsələdir. Dərhal rekasiya verilib elan olunmalıdır ki, həmin hesab prezident tərəfindən idarə olunmur. Bir dövlət başçısının rəsmi hesabı ələ keçirilirsə, bu onun nüfüzuna da təsir göstərir.”

İsmayıl Bakuvi

www.yenicag.az

554
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv