!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan və Albaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ

!Reklam – Yazi

İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Albaniya Respublikasının Prezidenti Bayram Beqayın geniş tərkibdə görüşü olub.

Yenicag.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

11:32

İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə təkbətək görüşü başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

***

11:28

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Albaniya Respublikasının Prezidenti Bayram Beqayın iyulun 7-də rəsmi qarşılanma mərasimi olub.

Yenicag.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Albaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Albaniya Prezidentinə raport verdi.

Prezident Bayram Beqay Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan və Albaniya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Albaniya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Albaniya Prezidentinə, Albaniya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Albaniya Prezidenti Bayram Beqayın qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

www.yenicag.az

217
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv