!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentliyə namizədlərin EFİR PERFORMANSI: “Onların müəyyən həyəcan keçirdiyi...”

!Reklam – Yazi

“Ancaq prosesin yeni başladığını və bunların hələ ilk çıxışlar olduğunu da nəzərə almaq lazımdır”.

Bu fikirləri fevralın 7-də keçiriləcək prezident seçkilərinin təşviqat mərhələsində ödənişsiz efir çıxışlarını şərh edən politoloq Abutalıb Səmədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu seçkilərdə mübarizə aparan digər namizədlərin vəziyyəti kifayət qədər çətindir:

“Mövcud reallıqları nəzərə aldıqda, prezidentliyə namizəd olan İlham Əliyevin qarşısında təbliğat aparmaq və xalqın qəbul edəcəyi sözləri demək, maraqlı proqramlar ortaya qoymaq son dərəcə çətindir.

Ancaq digər namizədlərin bu yöndə cəhdləri son dərəcə yüksək səviyyədədir. Həm Zahid Orucun, həm Fazil Mustafanın, həm Fuad Əliyevin, həm də Elşad Musayevin çıxışnda maraqlı məqamlar var. Lakin oradakı bütün çıxışları müşahidə etsək, Yeni Azərbaycan Partiyasının nümayəndəsi Tahir Budaqovun çıxışı daha sanballıdır.

Debat zamanı namizədlərin müəyyən həyəcan keçirdiyi hiss olunurdu. Ancaq prosesin yeni başladığını və bunların hələ ilk çıxışlar olduğunu da nəzərə almaq lazımdır. Qarşıda daha yaxşı və xalqda maraq doğura biləcək çıxışların da olacağı şübhəsizdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

9427
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv