!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentliyə namizədliyi irəli sürülən şəxslərin sayı səkkizə çatdı - FOTO

!Reklam – Yazi

Azərbaycanın sabiq maliyyə naziri Fikrət Yusifov növbədənkənar prezident seçkisində namizəd olacağını açıqlayıb.

Yenicag.az xəbər verir ki, o, bu barədə “Report”a açıqlamasında məlumat verib.

F.Yusifov öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürəcəyini bildirib:

“Qoy, bu seçkini boykot edənlər, onda iştirakdan imtina edənlər bilsinlər ki, biz bu cəmiyyətdə qarşıdurma deyil, vətəndaş həmrəyliyi yaratmaq üçün varıq. Seçkini boykot etməyə cəhd göstərənlər və onda iştirakdan imtina edənlər unutmasınlar ki, onlar bu addımları ilə Qarabağ Zəfəri əldə etmiş bir xalqın sevgisini deyil, nifrətini qazana bilərlər. Biz bu seçkiyə vətən sevgimizi reallaşdırmaq üçün gedirik. Biz bu seçkiyə daha güclü Azərbaycanın yaradılmasına töhfə verə bilmək üçün gedirik. Biz bu seçkiyə yüksək vətəndaş həmrəyliyi yaratmaq üçün gedirik. İnanıram ki, xalqımız kirli, məkrli “siyasilərin” prezident seçkisinə qara yaxmaq istəyənə fevralın 7-də keçiriləcək “Zəfər” seçkisinə bir nəfər kimi qatılmaqla cavab verəcək”.
Keçmiş nazir namizədliyinin irəli sürülməsi ilə bağlı sənədlərini bir qədər sonra Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini də bildirib.

Bununla da Azərbaycanda prezidentliyə namizədliyi irəli sürülən şəxslərin sayı 8-ə çatıb.

 

www.yenicag.az

158
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv