Reklam: High Technic
hightechnic

Prezidentliyə nаmizədliyini vermək istəyənlər üçün son bir gün

Reklam: High Technic

Azərbaycan Prezidentliyinə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti sabah – martın 12-də başa çatacaq.

Yenicag.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında əksini tapıb.

Sənədləri prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi təqdim edə bilər.

Təqvim Planına əsasən, sənədlər səsvermə gününə ən çoxu 50 (20 fevral) və ən аzı 30 gün (12 mart) qalanadək saat 18.00-dək MSK-ya təqdim olunmalıdır.

Xatırladaq ki, MSK indiyədək 7 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.

www.yenicag.az

2642