!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Priqojin və Utkinin abidəsi DAĞIDILDI

!Reklam – Yazi

Sevastopol sakini iş adamı Yevgeni Priqojinin və “Vaqner” özəl hərbi şirkətinin komandiri Dmitri Utkinin abidəsini dağıdıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın “Baza Telegram” kanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, memorial Rusiya Donanmasının 300 illiyi meydanında admiral Vladimir Kornilovun abidəsinin yanında quraşdırılıb. Belə ki, 21 yaşlı rusiyalı Priqojin və Utkinin portretlərini və  Rusiya bayrağını təpiklə vurub.  Şahidlərin qışqırmasından sonra vətəndaş hadisə yerindən qaçıb.

Telekanalın məlumatına görə, həmin şəxs polis tərəfindən saxlanılıb.  İstintaq hesab edib ki, Sevastopol sakini Rusiya hakimiyyətinə qarşı mənfi münasibətinə görə abidəni dağıdıb. Sentyabrın 7-də ona qarşı dövlət bayrağını təhqir etmə maddəsi ilə cinayət işi açılıb, ən yüksək cəzası bir ilədək həbs cəzası nəzərdə tutulub.

www.yenicag.az

207
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv